إعدادات العرض
Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər
Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Ummu Sələmə Allahın Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistanda gördüyü Məriya adlanan bir kilsə və onun içərisində gördüyü təsvirlər barədə bəhs etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə buyurdu: “Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər və həmin təsvirləri orada çəkərlər. Onlar Allah dərgahında məxluqatın ən şərlisi və ən pisidir."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá සිංහල தமிழ் دری Кыргызча or Kinyarwanda नेपाली Malagasy Română Lietuvių Oromoo Nederlands Soomaali Српски Deutsch Українська ಕನ್ನಡ Wolof Moore ქართული Magyar Македонскиالشرح
Möminlərin anası Ummu Sələmə (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistan torpaqlarında Mariyə adlanan və içərisində təsvirlər, bəzəklər olan kilsə gördüyünü söylədi və təəccübünü bildirdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da bu təsvirlərin kilsədə yerləşdirmə səbəblərini izah etdi və buyurdu ki: Sənin qeyd etdiyin həmin toplumda, əgər bir nəfər saleh insan dünyasını dəyişərsə onun qəbri üzərində məscid tikərlər, orada namaz qılarlar və həmin rəsmləri çəkərlər. Sonra da izah etdi ki, bunu edən uca Allahın qatında məxluqatın ən pisidir, çünki bu əməl uca Allaha şərik qoşmağa gətirib çıxarır.فوائد الحديث
Şirkə aparan vasitələrin qarşısını almaq məqsədi ilə qəbirlər üzərində məscid tikməyin, orada namaz qılmağın və ya məscidlərdə cənazəni dəfn etməyin haram olması.
Məscidləri qəbirlər üzərində inşa etmək, orada təsvirlər həkk etmək yəhudi və xristianların əməllərindəndir, bunu edən isə onlara bənzəmiş olar.
Ruhu olan yaradılmışların rəsmlərini çəkməyin haram olması.
Kim qəbir üzərində məscid inşa edər, içərisində şəkillər çəkərsə, uca Allahın ən şərli məxluqlarındandır.
Şəriətin, şirkə apara biləcək bütün vasitələrin qarşısını almaqla tövhid cinahını kamil surətdə himayə etməsi.
Salehlərin şənini, zatını şişirtməyin qadağan edilməsi, çünki bu şirkə düşməyə səbəbdir.