“Kişilər üçün səflərin ən xeyirlisi birincisi, ən pisi sonuncusudur, qadınlar üçün isə səflərin ən xeyirlisi sonuncusu, ən pisi isə birincisidir.”

“Kişilər üçün səflərin ən xeyirlisi birincisi, ən pisi sonuncusudur, qadınlar üçün isə səflərin ən xeyirlisi sonuncusu, ən pisi isə birincisidir.”

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə söyləmişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Kişilər üçün səflərin ən xeyirlisi birincisi, ən pisi sonuncusudur, qadınlar üçün isə səflərin ən xeyirlisi sonuncusu, ən pisi isə birincisidir.”

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, imama yaxın olduqlarına, onun qiraətinə qulaq asdıqlarına və qadınlardan uzaq olduqlarına görə kişilər üçün namazda ən xeyirli, ən savablı və fəzilətli səff birincisidir. Onun ən pisi, savab və fəzilət baxımından ən az olanı və İslam şəriətinin tələb etdiyindən ən uzaq olanı sonuncusudur. Qadınların ən xeyirli səfəri sonuncu səfərdir. Çünki bu, onlar üçün daha gizlidir və kişilərə qarışmaqdan, onları görməkdən və onlara fitnə olmaqdan daha uzaqdır. QQadınların səflərinin ən pisi isə kişilərə yaxınlığı və finəyə məruz qalması səbəbindən birincisidir.

فوائد الحديث

Kişiləri ibadətlərdə, xüsusilə də namazlarda qabaqcıl səflərdə olmağa tələsməyə təşviq etmək.

Qadınların məsciddə kişilərlə birlikdə, lakin ayrıca səflərdə, örtülü və həyalı şəkildə namaz qılmaları caizdir.

Qadınlar məsciddə bir yerə toplaşdıqda, onlar da kişilər kimi səflər halında dayanmalıdırlar. Səpələnməməli, əksinə, kişilərin səflərində olduğu kimi sıx dayanmalı və səflərdəki boşluqları doldurmalıdırlar.

Şəriətin qadınları hətta ibadət yerlərində belə kişilərdən uzaq durmağa təşviq etməyə nə qədər diqqət yetirdiyini göstərmək.

İnsanların əməllərinə görə bir-birlərindən üstün olmaları.

Nəvavi demişdir: “Kişilərin səflərinə gəlincə, onlar ümumi qayda üzərədir, onların həmişə ən xeyirlisi birincisi, ən pisi isə həmişə sonuncusudur. Amma qadınların səflərinə gəlincə, hədisdə nəzərdə tutulan, kişilərlə birlikdə namaz qılan qadınların səfləridir. Lakin kişilərlə deyil, onlardan ayrı qıldıqda isə onlar da kişilər kimidirlər, onların səflərinin ən xeyirlisi birincisi, ən pisi isə sonuncusudur”.

Nəvavi demişdir: “Hədislərdə fəziləti və təşviqi varid olmuş, təriflənən ilk səf imamın arxasındakı səfdir. O səfdə duranın tez və ya gec gəlməsinin, o səfin bölünüb-bölünməməsinin fərqi yoxdur".

التصنيفات

Cammat namazının fəziləti və hökmü