إعدادات العرض
Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun!
Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun!
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: " Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun! Həqiqətən İsrail oğullarının ilk dəfə azmaları (fitnəyə düşmələri) qadınlar səbəbindən olmuşdur”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa Kurdî Kiswahili Português සිංහල Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Kinyarwanda Română తెలుగు Lietuvių Oromoo മലയാളം Nederlands Soomaali Shqip Српски Deutsch Українська ಕನ್ನಡ Wolof Moore ქართული Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) izah edir ki, dünya, ləzzəti şirin, görkəmi gözəldir, ona görə də insan ona aldanar, ona qərq olar və onu ən böyük marağına çevirər. Uca Allah bu həyatda hər nəslimizdən sonra gələn digər nəsillərimizi varis etdi ki, necə əməl edəcəyimizə baxsın, Ona itaət edəcəyik, yoxsa asi olacağıq? Sonra buyurdu: Ehtiyatlı olun ki, dünya ləzzətləri və zinətləri sizi aldatmasın və bu sizi Allahın sizə əmr etdiklərini tərk edib, haram buyurduqlarına düşməyə vadar etməsin. Ehtiyat edilməli olan ən böyük dünya fitnələrindən biri, qadınların fitnəsidir və bu, İsrail övladlarının düçar olduğu ilk fitnə idi.فوائد الحديث
Təqvalı olmağa, dünyanın ləzzətləri və zinətləri ilə başı qarışdırmamağa təşviq.
Qadınların fitnəsindən kişiləri çəkindirmək: onlara baxmaq, onların yad kişilərlə qaynayıb-qarışmağına laqeyid yanaşmaq və sairə bu kimi əməllərin qadağan edilməsi.
Qadınların fitnəsi dünyanın ən böyük fitnələrindəndir.
Keçmiş xalqlardan ibrət götürmək, İsrail oğullarının başına gələnlər, başqalarının da başına gələ bilər.
Həyat yoldaşı misalında qadınların fitnəsi, kişini gücü çatmadığı xərclərə vadar etməsi, onu dinlə əlaqəli əməllərdən yayındırması və onun dünya ləzzətlərinə həris olmağa sövq etməsidir. Naməhrəm qadın fitnəsi isə, qadın evdən kənara çıxıb yad kişilərlə qaynayıb-qarışarsa, xüsusən də açıq-saçıq və bər-bəzəkli geyinərsə, bu halda onun fitnəsi kişiləri yoldan çıxarar, onları haqdan uzaqlaşdıra bilər. Bəzən bu zinaya gətirib çıxara bilər. Buna görə, də mömin Allaha sarılmalı və onların fitnələrindən xilas olmaq üçün Ona üz tutmalıdır.