إعدادات العرض
“Bu, yetmiş payız(il) əvvəl cəhənnəmə atılmış bir daşdır və o, bu vaxta qədər düşürdü və hətta dibinə indi çatdı”
“Bu, yetmiş payız(il) əvvəl cəhənnəmə atılmış bir daşdır və o, bu vaxta qədər düşürdü və hətta dibinə indi çatdı”
Əbu Hureyradan- radiyallahu anhu- belə dediyi rəvayət edilir: Biz Allah Rəsulu ilə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik ki, o yerə düşən bir şeyin səsini eşitdi və dedi: “Bilirsinizmi, bu nədir?”.Biz dedik: “Allah və Rəsulu daha yaxşı bilir” Dedi: “Bu, yetmiş payız(il) əvvəl cəhənnəmə atılmış bir daşdır və o, bu vaxta qədər düşürdü və hətta dibinə indi çatdı”.
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Kiswahili Português සිංහල অসমীয়া Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली Hausa ไทย മലയാളം Кыргызча Română Malagasy Svenska ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Kinyarwanda Македонски Čeština Українська Oromoo Lietuviųالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cisimlərdəm bir cismin düşməsi kimi qorxunc bir səs eşitdi və yanında olan səhabələrdən-radiyallahu anhum- bu səs haqqında soruşdu və onlar dedilər: Allah və Rəsulu daha yaxşı bilir. O (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara dedi: Eşitdiyiniz bu səs yetmiş il əvvəl Cəhənnəmin kənarından atılmış bir daşın səsidir, o orada düşməyə davam edirdi ki, indi səsi eşitdiyiniz zaman cəhənnəmin dibinə çatdı.فوائد الحديث
Saleh əməllər işləməklə Qiyamət gününə hazırlaşmağa təşviq etmək və cəhənnəmdən çəkindirmək.
İnsanın bilmədiyi şeylər barəsində elmin Uca Allaha nisbət edilməsinin bəyənilən olması.
Daha yaxşı başa düşülən olması üçün müəllimin, izah etməzdən əvvəl tələbələrinin maraq və diqqətini oyatması;
التصنيفات
Cənnət və Cəhənnəmin vəsfləri