“Müsəlmanın başına gələn bəlalar içərisində elə bir yorğunluq, xəstəlik, dərd, kədər, əziyyət və sıxıntı, qəm, hətta bədəninə batan tikan kimi bəla yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”

“Müsəlmanın başına gələn bəlalar içərisində elə bir yorğunluq, xəstəlik, dərd, kədər, əziyyət və sıxıntı, qəm, hətta bədəninə batan tikan kimi bəla yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”

Əbu Səid əl-Xudridən və Əbu Hureyradan (Allah onlardan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: “Müsəlmanın başına gələn bəlalar içərisində elə bir yorğunluq, xəstəlik, dərd, kədər, əziyyət və sıxıntı, qəm, hətta bədəninə batan tikan kimi bəla yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər(Allahın salavatı və salamı onun üzərinə olsun) izah edir ki, müsəlmanın başına gələn hər hansı xəstəlik, narahatlıq, qəm-qüssə, sıxıntı, bəla, çətinlik, qorxu və aclıq - hətta bədəninə batıb ağrı verən tikan belə-onun günahlarının təmizlənməsinə və xətalarıının bağışlanmasına səbəbdir.

فوائد الحديث

Mömin bəndələrin başına gələn ən kiçik əziyyətlərə görə günahlarının bağışlaması, Allahın onlara olan lütfünün və onlara qarşı mərhəmətinin təzahürüdür.

Müsəlman, başına gələn müsibətin mükafatını Allahdan ummalı, baş verəcək hər bir böyük və ya kiçik hadisəyə səbr etməlidir ki, bununla da dərəcəsi yüksəlsin və günahları silinsin.

التصنيفات

Tövhidin fəziləti