Müsəlmandan qəbirdə soruşulduqda: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət verər”

Müsəlmandan qəbirdə soruşulduqda: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət verər”

Bəra ibn Azibdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: Müsəlmandan qəbirdə soruşulduqda: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət verər”, və bu, Allahın bu ayəsidir: {Allah iman gətirənləri dünya həyatında və axirətdə möhkəm sözlə sabit edər.} (İbrahim, 27)

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Mömin qəbirdə soruşulacaq. Və onu, bu işə təyin edilmiş iki mələk soruşacaq. Onlar, adları bir neçə hədisdə keçən Münkər və Nəkirdir. O (mömin), Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın elçisi olduğuna şəhadət verər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Bu, məhz Allahın (Quranda haqqında) buyurduğu möhkəm sözdür: {Allah iman gətirənləri dünya həyatında və axirətdə möhkəm sözlə sabit edər.}(İbrahim, 27)

فوائد الحديث

Qəbr sorğu-sualı haqdır.

Allahın mömin qullarını möhkəm sözlə sabit etməklə dünya və axirətdə onlara olan lütfü.

Tövhid şəhadətinin və onun üzərində ölməyin fəziləti.

Allah mömini dünyada imanda davamlılıq və doğru yolla getməklə, ölüm anında tövhid üzərində ölməklə, qəbirdə isə iki mələyin sorğu-sualı zamanı sabit edir.

التصنيفات

Bərzəx həyatı