Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O sizə də ruzini səhər yuvasından ac çıxıb, (axşam) tox qayıdan quşun ruzisi kimi yetirər

Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O sizə də ruzini səhər yuvasından ac çıxıb, (axşam) tox qayıdan quşun ruzisi kimi yetirər

Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O sizə də ruzini səhər yuvasından ac çıxıb, (axşam) tox qayıdan quşun ruzisi kimi yetirər."

[Səhih] [Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizi dünyəvi və dini işlərdə faydalı əməllərə sarınmaqla və zərərli şeyləri dəf etməklə izzət və cəlal sahibi olan Allaha güvənməyə təşviq edir, çünki bizə neməti verən, onu bizdən uzaqlaşdıran, zərrəri dəf edib, xeyiri bizə əta edən yalnız pak və uca Allahdır. Allaha sidq qəlblə təvəkkül edib, zərərləri uzaqlaşdırmaq və faydaları əldə etmək üçün səbəblərdən yapışmalıyıq, bunu etdiymiz zaman Allah bizi, səhər ac ikən yuvasından çıxıb, sonra axşam qarnı tox qayıdan quşu ruziləndirdiyi kimi ruziləndirər. Quşun bu hərəkəti, tənbəllik etməyib və başqalarına arxayın olmayıb, ruzi ardınca getmə misallarından biridir.

فوائد الحديث

Təvəkkülün fəziləti və onun ruzi əldə etməkdə ən böyük səbəblərdən biri olması.

Təvvəkkül ilə səbəbləri yerinə yetirmək arasında ziddiyyət yoxdur, çünki bizə xəbər verir ki, həqiqi təvəkkül ilə səhər ruzi üçün yola çıxmaq təzad təşkil etmir.

Şəriətin qəlb əməllərinə diqqəti, çünki təvəkkül qəlb əməlidir.

Sadəcə səbəblərdən yapışmaq dində naqislikdir, səbəbləri tərk etmək isə ağılda naqislikdir.

التصنيفات

Qəlb əməllərinin fəzilətləri