إعدادات العرض
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək?
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək?
Abdurrahmən bin Əbu Leylə rəvayət edir: Kə‘b bin Ucrə (Allah ondan razı olsun) mənimlə qarşılaşdı və dedi: "Sənə bir hədiyyə verimmi?" Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək? deyə sual verdik. O da belə dedi: «Bu cür deyin : Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid. Allahummə bərik alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid » (Allah'ım, İbrahimə və onun ailəsinə salat etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də salat et. Həqiqətən Sən təriflənməyə layiq və ucasan. Allah'ım, İbrahimə və onun ailəsinə xeyr və bərəkət lütf etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də xeyr və bərəkət ver. Həqiqətən Sən təriflənməyə layiq və ucasan)
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Português Kurdî සිංහල Русский Svenska ગુજરાતી አማርኛ Yorùbá Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം ไทย Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof Українська ქართული Moore Magyar Shqip Македонскиالشرح
Səhabələr Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) necə salam verməyi - "Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun ey Peyğəmbər"- öyrəndikdən sonra, ona necə salavat gətirəcəklərini soruşdular? Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara necə salavat gətirilməsini və salavatın mənasını bildirdi: "Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd" (Allahım, Muhəmməd və ailəsinə salat və salam et) Yəni: Allahım, ən uca toplumda onu, onun dininə tabe olanları, qohumlarından olan möminləri gözəl sözlərlə təriflə. "Allahım, İbrahimin (allahın salamı onun üzərinə olsun) ardınca gedənlərə mərhəmət etdiyin kimi" Necəki İbrahimin ailəsinə-İbrahimə,İsmayıla, İshaqa və onların soyundan gələnlərə, onların ardınca gedən möminlərə- lütf etdiyin kimi, eyni şəkildə Məhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) də fəzilətindən bəxş et. Həqiqətən Sən təriflənməyə layiq və ucasan. Yəni: Zatında, sifətlərində və fellərində tərifəlayiq, əzəmətində, səltənətində və əta bəxş etməyində böyüksən. Allahım, İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də bərəkət ver. Yəni, ona böyük xeyir və fəzilət ver, ona verdiyin fəziləti artır və sabit et.فوائد الحديث
Sələflər (öncəki insanlar) elm məsələlərində bir-biri ilə hədiyələşərdilər.
Namazın axırıncı təşəhhüdündə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirməyin vacibliyi
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinə ona salam verməyi və salavat gətirməyi öyrətmişdir.
Bu salavat forması Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirmənin ən kamil formasıdır.