إعدادات العرض
Kim sübh namazını qılarsa, Allah onu himayəsi altına alar
Kim sübh namazını qılarsa, Allah onu himayəsi altına alar
Cundub bin Abdullah əl-Qasridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim sübh namazını qılarsa, Allah onu himayəsi altına alar. Ona görə Allahın himayəsi altında olan kəsə əziyyət verməkdən çəkinin və özünüz də bu əhdi, himayəni pozmayın, kim bunu edərsə cəzaya uğrayar və cəhənnəmə üzü üstə atılar".
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල Hausa ไทย دری Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Malagasy Български Українська ქართული Lingala тоҷикӣ bm Македонскиالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, sübh namazını qılan kəsi Allah qoruyur və o Allahın mühafizəsi və himayəsi altındadır, onu müdafiə edər, həmçinin ona yardım edər. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbərdarlıq edir ki, sübh namazını tərk etmək, həmçinin sübh namazıni qılan kəsə əngəl törədmək, ona zor tətbiq etmək, əhdin (himayənin) pozulmasına və onun ləğvinə gətirib çıxarar. Kim bunu edərsə, Allahdan uzaqlaşar, Onun haqqını ödəməkdə səhlənkar olduğu üçün şiddətli təhdidə layiq olar, o üzü üstə cəhənnəmə atılar.فوائد الحديث
Sübh namazının əhəmiyyəti və fəzilətinin bəyanı
Sübh namazını qılan insana əngəl törətməkdən şiddətli çəkindirmə.
Uca Allahın saleh qullarına pislik edənlərdən intiqam alması.
التصنيفات
Namazın fəziləti