Həqiqətən Allah təqvalı, zəngin qəlbli, gözlərdən gizli-nəzərə çarpmayan(şan-şöhrətdən uzaq) qulunu sevir

Həqiqətən Allah təqvalı, zəngin qəlbli, gözlərdən gizli-nəzərə çarpmayan(şan-şöhrətdən uzaq) qulunu sevir

Sad bin Əbi Vaqqas (Allah ondan razı olsun) demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Həqiqətən Allah təqvalı, zəngin qəlbli, gözlərdən gizli-nəzərə çarpmayan(şan-şöhrətdən uzaq) qulunu sevir.

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, izzət və cəlal sahibi olan Allah bəzi qullarını sevir, Bunlardan biri: təqvalı olan - Allahın əmrlərini yerinə yetirən, qadağalarından çəkinəndir. Allah həmçinin qəlbi zəngin olan bəndəni sevir: o kəs ki, insanlara deyil, məhz Allaha etimad edir, Ondan başqa heç kimə yönlənməz. Gözlərdən gizli olan qulunu sevər: o qul ki, təvazökardır, Rəbbinə ibadət edər, ona faydalı şeylərlə məşğul olar, kiminsə onu tanımasına və ya onu tərif və səna etməsinə önəm verməz.

فوائد الحديث

İnsanlara Allah sevgisini qazandıran bəzi xüsusiyyətlərin açıqlaması: bunlar: təqva, təvazökarlıq və Allahın bölgüsü ilə razı qalmaqdır.

التصنيفات

Gözəl əxlaq