إعدادات العرض
Həqiqətən, sizin ən xeyirliniz gözəl əxlaq sahibi olanınızdır”.
Həqiqətən, sizin ən xeyirliniz gözəl əxlaq sahibi olanınızdır”.
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) çirkin sözlər danışmaz və çirkin işlərə də can atmazdı və buyurardı: “Həqiqətən, sizin ən xeyirliniz gözəl əxlaq sahibi olanınızdır”.
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം မြန်မာ ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands తెలుగు Kiswahili தமிழ் دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Wolof Soomaali Moore Українська Българскиالشرح
Çirkin sözlər danışmaq və ya çirkin əməllər etmək Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqından deyildi və o, nə bu əməllərə niyyət etmiş, nə də qəsd etmişdir. Çünki o, (Allahın salavatı və salamı onun üzərinə olsun) böyük əxlaq sahibi idi. O, (Allahın salavatı və salamı onun üzərinə olsun) deyirdi: Allah dərgahında sizin ən xeyirliniz, ən gözəl əxlaqa sahib olanınızdır: yaxşılıq edən, gülərüzlü olan, insanlara əziyyət verməkdən çəkinən və onların əziyyətinə dözümlülük göstərən, insanlarla gözəl şəkildə qaynıyıb qarışandır.فوائد الحديث
Mömin nalayiq sözlərdən və çirkin əməllərdən uzaq durmalıdır.
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqının kamilliyi, ondan ancaq saleh əməl görünər və xoş sözlər eşidilərdi.
Gözəl əxlaq rəqabət meydanıdır, kim öndə gedərsə möminlərin ən yaxşılarından və imanı ən kamil olanlardandır.
التصنيفات
Gözəl əxlaq