إعدادات العرض
Bu Quranı daima oxuyun! Canım əlində olan Allaha and olsun ki, o (sahibini) kəndirdən açılıb qaçan dəvədən daha tez tərk edir
Bu Quranı daima oxuyun! Canım əlində olan Allaha and olsun ki, o (sahibini) kəndirdən açılıb qaçan dəvədən daha tez tərk edir
Əbu Musa Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Bu Quranı daima oxuyun! Canım əlində olan Allaha and olsun ki, o (sahibini) kəndirdən açılıb qaçan dəvədən daha tez tərk edir".
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල தமிழ் دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Wolof Soomaali Moore Українська Български mr ქართული тоҷикӣ bmالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sinələrdə əzbərlənən Quranı unutmamaq üçün ona bağlı qalmağı və onu mütəmadi olaraq oxumağı əmr etmişdir. O (Allahın salavatı və salamı onun üzərinə olsun) and içərək təkid edir ki, Quranın sinələrdən itməsi və getməsi, ayağının ortasından iplə bağlanmış dəvənin ipdən qurtulub qaçmasından daha asandır. Əgər insan Quranı oxumağa davam edərsə, onu saxlayar, əgər oxumağı buraxarsa, əzbərlədiyi gedər və itər.فوائد الحديث
Əgər Quran əzbərləyən onu mütəmadi oxuyarsa, yaddaşına həkk olar, əks halda əzbərlədikləri onun yaddaşından itər və onları unudar.
Quranı davamlı oxumağın faydalarından: mükafat və savab, və Qiyamət günü oxuyanın dərəcəsinin ucalığı.
التصنيفات
Qurana qayğı göstərməyin fəziləti