إعدادات العرض
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) məni göndərdiyi tapşırıqla mən də səni göndərimmi? Bütün heykəlləri məhv et, hündür qəbrləri yerlə bir et
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) məni göndərdiyi tapşırıqla mən də səni göndərimmi? Bütün heykəlləri məhv et, hündür qəbrləri yerlə bir et
Əbul-Həyyac Əl-Əsədidən belə dediyi rəvayət edilir: Əli bin Əbi Talib (Allah ondan razı olsun) mənə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) məni göndərdiyi tapşırıqla mən də səni göndərimmi? Bütün heykəlləri məhv et, hündür qəbrləri yerlə bir et.
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский اردو 中文 हिन्दी বাংলা Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Türkçe دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Wolof Soomaali Moore Українська Български Tagalog ქართული тоҷикӣ bmالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrini mövcud olan hər ruha malik canlının təsvirini və ya timsallarını aradan götürmək və yox etmək üçün göndərərdi. Onlara əmr edərdi ki, yüksək inşalı qəbrləri yerlə bir etsinlər, üzərilərində olan tikilini dağıdaraq qəbri yerə yaxın bir qarış səviyyəsində saxlasınlar.فوائد الحديث
Ruhu olan canlıların rəsmini çəkmək haramdır, çünki bu şirkə aparan vasitələrdəndir.
Gücü, ixtiyarı və ya vəzifə səlahiyyəti buna imkan verən şəxsin münkəri (şəriətə zidd olan əməli) əli ilə dəyişməyin şəriətdə buyurulması.
Üzərində tikililər ucaldılan qəbirlər, rəsm, heykəl kimi cahiliyyəyə aid atributların aradan qaldırılmasına Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hərisliyi.
التصنيفات
Üluhiyyə tövhidi