İman, yetmiş və bir neçə, və ya altmış və bir neçə şaxədən ibarətdir. Ən üstünü ləə iləhə illallah söyləmək, ən zəifi isə yolda olan maneəni aradan qaldırmaqdır

İman, yetmiş və bir neçə, və ya altmış və bir neçə şaxədən ibarətdir. Ən üstünü ləə iləhə illallah söyləmək, ən zəifi isə yolda olan maneəni aradan qaldırmaqdır

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İman, yetmiş və bir neçə, və ya altmış və bir neçə şaxədən ibarətdir. Ən üstünü ləə iləhə illallah söyləmək, ən zəifi isə yolda olan maneəni aradan qaldırmaqdır, həya da imanın şaxələrindəndir."

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, iman şaxələrə bölünmüş və özündə çox xüsusiyyətləri ehtiva etmişdir, əməllər, etiqadlar və sözlər buna daxildir. Həmçinin bildirir ki, imanın ən üstün və uca mərtəbəsi, lə iləhə illəllah kəlməsini söyləmək və bununla yanaşı mənasını bilərək və bu kəlmənin tələblərinə uyğun əməl edərək, həqiqtən Allahın tək ilah olduğunu, Ondan başqa ibadətə layiq heç bir məbudun olmadığını etiraf etməkdir. İman baxımından əməllərin ən zəifi insanların yolundan, onlara əziyyət verən maneəni götürməkdir. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həya imandandır, həya gözəl əməllər edib, çirkin işlərdən çəkinməyə təşviq edən əxlaqdır.

فوائد الحديث

İman dərəcələrdən ibarətdir, bəziləri digərlərindən üstündür.

İman söz, əməl və etiqaddır.

Uca Allahdan edilən həya, Allahın səni qadağalarda görməmək, əmr etdiklərində isə sənin kənarda qalmamağını tələb edir.

Ədədin qeyd edilməsi imanın bu həddə məhdud olması mənasını daşımır, əksinə iman mövzusunda əməllərin çoxluğuna dəlalət edir, çünki adətən ərəblər müəyyən bir şey üçün rəqəm qeyd edib söyləsələr də, o saydan əlavəsinin inkarını qəsd etmirlər.

التصنيفات

İmanın artması və azalması