إعدادات العرض
Kim İslamda yaxşı işlər görərsə, cahiliyyədə etdiklərinə görə hesaba çəkilməz, kim İslamda pis işlər görərsə, cahilikdə və İslamda etdiyi əməllərə görə hesaba çəkilər
Kim İslamda yaxşı işlər görərsə, cahiliyyədə etdiklərinə görə hesaba çəkilməz, kim İslamda pis işlər görərsə, cahilikdə və İslamda etdiyi əməllərə görə hesaba çəkilər
İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Bir kişi dedi: Ey Allahın Rəsulu, cahiliyyə zamanında etdiyimizə görə hesaba çəkiləcəyikmi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verərək buyurdu: Kim İslamda yaxşı işlər görərsə, cahiliyyədə etdiklərinə görə hesaba çəkilməz, kim İslamda pis işlər görərsə, cahilikdə və İslamda etdiyi əməllərə görə hesaba çəkilər.
الترجمة
العربية Kurdî English Kiswahili Español اردو Português বাংলা Bahasa Indonesia فارسی தமிழ் हिन्दी සිංහල Tiếng Việt മലയാളം Русский မြန်မာ ไทย پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Türkçe Bosanski Hausa తెలుగు دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Oromoo Wolof Tagalog Soomaali Français Українська bm Deutsch ქართული Македонски Magyar 中文الشرح
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) İslama daxil olmağın fəzilətini bəyan edir. Kim İslamı qəbul edib yaxşı əməllər edərsə, əməllərində sadiq və ixlaslı olarsa, cahiliyyə dövründə etdiyi günahlara görə hesaba çəkilməz. Kim də münafiq olar yaxud dinindən dönərsə, həm küfrdə olduğu dövrdə, həm də İslamda olduğu zaman etdiyi əməllərə görə hesaba çəkiləcəkdir.فوائد الحديث
Sahabələrin (Allah onlardan razı olsun) cahiliyyə dövründə etdikləri əməllərdən dolayı qorxmaları və bu barədə maraqlanmaları.
İslamda sabitqədəm olmağa təşviq edilmişdir.
Hədisdə İslama daxil olmanın fəziləti və bunun keçmiş günahlara kəffarə olması ifadə edilmişdir.
Mürtəd və münafiq kimsə, həm cahiliyyə dövründə etdiyi bütün əməllərə görə, həm də İslamda etdiyi hər bir günaha görə hesaba çəkiləcəkdir.