إعدادات العرض
çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib
çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib
Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Dedim: "Ey Allahın Rəsulu, ibn Cud'an cahiliyyədə qohumluq əlaqələri saxlayır, yoxsulu yedizdirərdi , bu ona fayda verəcəkmi? Dedi: Fayda verməyəcək, çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib."
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Kurdî Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Oromoo Wolof Soomaali Tagalog Français Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Lingala Русский 中文الشرح
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun), İslamdan öncə Qureyşin böyüklərindən olan Abdullah bin Cud'andan xəbər vermişdir. Gözəl əməllərindən: Qohumluq əlaqələrini möhkəmlətmək, onlara xeyirxahlıq etmək, yoxsulları yedizdirmək və digər İslamın təşviq etdiyi fəzilətli əməlləri var idi. Lakin, Allaha küfr etdiyi üçün və bir gün olsun belə "Allahım Qiyamət günü günahlarımı bağışla" söyləmədiyinə görə bu əməllər ona axirətdə fayda verməyəcək.فوائد الحديث
İmanın fəzilətinin bəyanı və onun əməllərin qəbulu üçün şərt olması
Küfrün şər olması və onun saleh əməlləri batil etməsinin bəyanı.
Allaha və axirət gününə iman gətirmədikləri üçün kafirlərə əməlləri axirətdə fayda verməyəcək.
İnsanın küfr halında ikən etdiyi yaxşı əməllər müsəlman olduqda ona savab kimi yazılır və bu əməllərə görə mukafatlanacaq.