Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, zinanın artması, haram içkilərin istifadəsinin çoxalması, kişilərin azalması, qadınların artmasıdır ki, əlli qadına bir kişi düşəcək

Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, zinanın artması, haram içkilərin istifadəsinin çoxalması, kişilərin azalması, qadınların artmasıdır ki, əlli qadına bir kişi düşəcək

Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Sizə, məndən başqa kimsənin rəvayət etməyəcəyi Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyim hədisi danışacam. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, zinanın artması, haram içkilərin istifadəsinin çoxalması, kişilərin azalması, qadınların artmasıdır ki, əlli qadına bir kişi düşəcək.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Qiyamətin yaxınlaşmasının əlamətlərindən biri də şəriət elminin aradan qalxmasıdır ki, bu da alimlərin ölümü ilə baş verir. Bunun nəticəsində isə cəhalət yayılır. Həmçinin zina və pozğunluqların yayılar, şərab içilməsi artar, kişilərin sayı azalar, qadınların sayı isə artar və beləliklə əlli qadının işini və məsuliyyətini bir kişi üzərinə götürəcək.

فوائد الحديث

Qiyamətin bəzi əlamətlərinin bəyanı

Qiyamətin vaxtı, yalnız Allahın bildiyi və hər kəsdən gizlətdiyi qeyb məsələlərindəndir.

Şəriət elminin aradan qalxmamış öyrənilməsinə təşviq edilməsi.

التصنيفات

Bərzəx həyatı, Elmin fəziləti