Nəfsim əlində olan Allaha and olsun ki, Məryəm oğlunun yer üzünə enərək sizin aranızda ədalətlə hökm verəcəyi, xaçı sındıracağı, donuzları öldürəcəyi, cizyəni aradan qaldıracağı, bolluğa görə heç kimin mal-dövlətə ehtiyacı olmayacağı zaman artıq yaxındır

Nəfsim əlində olan Allaha and olsun ki, Məryəm oğlunun yer üzünə enərək sizin aranızda ədalətlə hökm verəcəyi, xaçı sındıracağı, donuzları öldürəcəyi, cizyəni aradan qaldıracağı, bolluğa görə heç kimin mal-dövlətə ehtiyacı olmayacağı zaman artıq yaxındır

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Nəfsim əlində olan Allaha and olsun ki, Məryəm oğlunun yer üzünə enərək sizin aranızda ədalətlə hökm verəcəyi, xaçı sındıracağı, donuzları öldürəcəyi, cizyəni aradan qaldıracağı, bolluğa görə heç kimin mal-dövlətə ehtiyacı olmayacağı zaman artıq yaxındır.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) and içir ki, Məryəm oğlu İsanın (Allahın salamı onun üzərinə olsun) insanlar arasında ədalət və Muhəmməd şəriətiylə hökm verməsi üçün yer üzünə enməsi yaxındır. O xristianların əzəmətləşdirdiyi xaçı sındıracaq, həmçinin İsa (Allahın salamı onun üzərinə olsun) donuzları öldürəcək və o (Allahın salamı onun üzərinə olsun) cizyəni aradan qaldırıb, bütün insanların üzərinə İslamı qəbul etmək məsuliyyətini qoyacaq. Bolluğa görə heç kimin mal-dövlətə ehtiyacı olmayacaq və heç kim kənardan sərvət qəbul etməyəcək, -bu bolluğa görə olacaq-və hər bir insan əlində olanla kifayətlənəcək, bərəkətlər enəcək, xeyirlərin ardı-arası kəsilməyəcək.

فوائد الحديث

İsanın(Allahın salamı onun üzərinə olsun) axır zamanda enməsinin isbatı və onun Qiyamət gününün əlamətlərindən olması.

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəriətini başqa şəriət silə bilməz.

Axır zamanda mal-dövlətə bərəkətin nazil olması və bununla belə insanların ona qarşı zahidlik göstərməsi.

İslam dininin daimi olmasına müjdə; çünki axır zamanda İsa (Allahın salamı onun üzərinə olsun) bu dinlə hökm verəcək.

التصنيفات

Keçmiş peyğəmbərlər və elçilər (Aleyhimussələm), Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm), Bərzəx həyatı, İslam dininin ümumiliyi