Kim mənim adımdan qəsdən yalan danışarsa, cəhənnəmdə öz yerini təmin edər

Kim mənim adımdan qəsdən yalan danışarsa, cəhənnəmdə öz yerini təmin edər

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Kim mənim adımdan qəsdən yalan danışarsa, cəhənnəmdə öz yerini təmin edər".

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq-aydın bildirmişdir ki, kim onun adından qəsdən yalanı onun bir sözünə və ya əməlinə nisbət edərsə, cəza olaraq axirətdə cəhənnəm yerini təmin etmiş olar.

فوائد الحديث

Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) adından qəsdən və bilərəkdən yalan danışmaq cəhənnəmə daxil olma səbəbidir.

Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) adından yalan danşmaq digər insanların adından yalan danışmaq kimi deyil, çünki onun adından yalan dünyəvi işlərdə və dində böyük fəsadlara gətirib çıxarır.

Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) istinad edilən hədislərin düzgünlüyünü yoxlamadan və dəqiqləşdirmədən yaymaq təhlükəlidir və bundan çəkinmək vacibdir.

التصنيفات

Sünənin əhəmiyyəti və onun İslamda yeri, Pis əxlaq