إعدادات العرض
Alimlərin qarşısında lovğalanmaq, səfehlərlə mübahisə etmək
Alimlərin qarşısında lovğalanmaq, səfehlərlə mübahisə etmək
Cabir bin Abdullahdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: Alimlərin qarşısında lovğalanmaq, səfehlərlə mübahisə etmək, məclislərdə seçilmək üçün elm öyrənməyin. Kim belə edərsə, o oddadır, oddadır.
[Səhih] [İbnu Məcə rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Kurdî Wolof Moore Soomaali Français Oromoo Tagalog Українська தமிழ் bm Deutsch ქართული Português mk Magyarالشرح
Burada Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) elm tələbəsini alimlərin iştirak etdiyi məclislərdə özü ilə fəxr edib öyünməsindən, "mən də sizin kimi elmə sahibəm" düşüncəsini izhar etməkdən, səfehlərlə, dar düşüncəli insanlarla mübahisə etməkdən, məclislərdə öndə olmaq və digərlərindən önə çıxmaq məqsədilə elm öyrənilməsindən çəkindirmişdir. Kim bunu edərsə, riyakarlığına görə və elm tələbində ixlaslı olmadığı üçün Cəhənnəmə girməyə layiq olar.فوائد الحديث
Elmi, fəxr etmək, mubahisə etmək və məclislərdə baş tərəfdə oturmaq və bənzər məqsədlərlə öyrənənlər üçün cəhənnəm vəd edilmişdir.
Elmi ixlasla öyrənməyin və bu elmi başqlarına öyrətməyin əhəmiyyəti.
Niyyət əməllərin əsasıdır və mükafat ona görə olur.