إعدادات العرض
Sənin söylədiklərin və dəvət etdiyin şey gözəldir. Kaş ki bizim etdiyimiz günahların bir kəfarəsi olduğunu bizə xəbər versəydin - dedilər
Sənin söylədiklərin və dəvət etdiyin şey gözəldir. Kaş ki bizim etdiyimiz günahların bir kəfarəsi olduğunu bizə xəbər versəydin - dedilər
Abdullah bin Abbasdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə (o belə demişdir): Şirk əhlindən olub bir çox insan öldürmüş, çox zina etmiş bir toplum insan Məhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib: Sənin söylədiklərin və dəvət etdiyin şey gözəldir. Kaş ki bizim etdiyimiz günahların bir kəfarəsi olduğunu bizə xəbər versəydin - dedilər. Bu zaman Uca Allahın: {Onlar Allahla yanaşı başqa məbuda ibadət etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər....} [Furqan surəsi: 68] və {(Ey Peyğəmbər!) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin....} [Zümər surəsi: 53] ayəsi nazil oldu.
الترجمة
ar en my sv cs gu yo nl ur id ug bn tr si hi vi ha te sw ps as prs ky lt rw ne ml bs kn ku ro sq so sr wo mos uk tl ta fa ka zh hu pt de mk ru bm am mg omالشرح
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir çox insanı öldürmüş, çox zina etmiş bəzi müşriklər gəldilər və Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedilər: İslama və onun təlimlərinə dəvət etdiyin şeylər çox gözəldir, lakin bizim halımız, etdiyimiz şirk və böyük günahlar necə olacaq, bunların kəffarəsi varmı? Bu zaman Uca Allahın, günahlarının çox və böyük olmasına rəğmən insanlardan tövbəni qəbul etdiyini əgər belə olmasaydı onların küfür və azğınlıqlarında davam edəcəklərini və bu dini qəbul etməyəcəklərini bildirən iki ayəsi nazil oldu.فوائد الحديث
İslamın fəzilətli və əzəmətli bir din olması və həmçinin keçmiş günahları bağışlaması ifadə edilmişdir.
Uca Allahın qullarına olan rəhmətinin genişliyi, məğfirəti və onları bağışlaması.
Şirkin, haqsız yerə adam öldürməyin və zina etməyin haram olması və bu günahları işləyənlərə əzab olunacağı barədə xəbər verilmişdir.
Səmimi tövbə, ixlas və saleh əməllərlə birlikdə olarsa, Uca Allaha küfür də daxil olmaqla bütün büyük günahlara kəffarə olur.
Uca Allahın rəhmətindən ümidini kəsib ümidsizliyə qapılmağın haram olması.