إعدادات العرض
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) rükudan belini qaldırdığı zaman belə deyərdi: "Səmi Allahu limən həmidəh,
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) rükudan belini qaldırdığı zaman belə deyərdi: "Səmi Allahu limən həmidəh,
Əbu Əvfədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) rükudan belini qaldırdığı zaman belə deyərdi: "Səmi Allahu limən həmidəh, Allahummə Rabbənə va ləkəl-həmd, miləs-səməvati va miləl-ardi, va milə mə şitə min şeyin bəd".
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली తెలుగు Bosanski ಕನ್ನಡ Kurdî മലയാളം Oromoo Română Italiano Soomaali Shqip Српски Українська Wolof Moore Português Tagalog Malagasy தமிழ் فارسی ქართული 中文 Magyarالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazda rükudan belini qaldırdığı zaman belə deyərdi: Səmi Allahu limən həmidəh. Yəni: Kim Uca Allah həmd edərsə Uca Allah ona icabət edər, Onun həmd etməsini qəbul edər və onu mükafatlandırar. Sonra ''Allahummə Rabbənə va ləkəl-həmd, miləs-səməvati va miləl-ardi, va milə mə şitə min şeyin bəd'' sözü ilə Allaha həmd edər. Yəni: Göylər dolusu, yerlər dolusu, onların arasında olanlar və bundan sonra dilədiyin şeylər dolusu Uca Allaha həmd sənalar olsun).فوائد الحديث
Namaz qılan kimsə rükudan qalxdığı zaman söyləməsi müstəhəb olan duanın bəyanı.
Rükudan qalxdıqdan sonra hər bir əza öz yerini tutana qədər tələsmədən gözləməyin vacib olması. Çünki rükudan tam qalxıb hər bir əza öz yerini tutana qədər gözləmədən bu zikrin söylənməsi mümkün deyildir.
Bu zikirin fərz və ya nafilə namazı olmasından aslı olmayaraq bütün namazlarda söylənilməsi buyurulmuşdur.