إعدادات العرض
məscidə daxil olanda belə deyərdi: “ Əuzu billəhil-Azim və bivəchihil-kərim və sultanihil-qadim, minəşşeytanir-racim"
məscidə daxil olanda belə deyərdi: “ Əuzu billəhil-Azim və bivəchihil-kərim və sultanihil-qadim, minəşşeytanir-racim"
Abdullah ibn Amr ibn Əl-Asdan (Allah ondan və atasından razı olsun) rəvayət edilir ki: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) rəvayət edilir ki, o, məscidə daxil olanda belə deyərdi: “ Əuzu billəhil-Azim və bivəchihil-kərim və sultanihil-qadim, minəşşeytanir-racim" Dedi: Bu qədərmi? Dedim: Bəli və dedi ki: “Əgər belə desə, şeytan deyər: “Günün qalan hissəsi məndən qorundu.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල Русский অসমীয়া Kiswahili Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Кыргызча Română Svenska Српски తెలుగు ქართული Moore Magyar Македонски Čeština Українська Wolof Kinyarwanda Malagasyالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) məscidə daxil olarkən belə deyərdi: (Əuzu billəhil-Azim) Allaha və Onun sifətlərinə sığınıram (bivəchihil-kərim) Səxavətli olan, bəxş edən Allaha (və sultanihi) gücü, qüdrəti və yaratdıqlarından istədiyi üzərində hökmranlığı (əlqadim) əbədi əzəli (minəş-şeytanir-rəcim) Allahın rəhmətindən uzaqlaşdırılıb qovulmuş, Yəni: Allahım, məni onun vəsvəsəsindən, hiyləsindən, addımlarından, təhlükələrindən, bəzəməsindən və azdırmasından qoru, çünki o, zəlalətin səbəbkarı, azğınlığın və cəhalətin təhrikçisidir. Abdullah ibn Amra: “Əqat?” deyə soruşuldu. Yəni: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız bunu söylədi? Dedi: Bəli. Məscidə girən kəs bu duanı desə, şeytan deyər: Bu daxil olan şəxs artıq bütün vaxt ərzində- gecə və gündüz- özünü məndən qorudu.فوائد الحديث
Məscidə daxil olarkən bu zikr ilə dua etməyin fəziləti və bu, onu deyəni günün qalan hissəsində şeytandan qoruyar.
Şeytandan qorunmaq lazımdır və o müsəlmanı azdırmaq və onu yoldan çıxarmaq üçün fürsət gözləyər;
İnsan, qəlbi ilə Allaha olan imanı, bu duanı xatırlaması və Allahın bu zikrdə verdiyi vədinə olan təstiqi miqdarında şeytanın azğınlığından və hiyləsindən qorunmuş olar.