إعدادات العرض
“İçində it və şəkil olan evə mələklər girməz.”
“İçində it və şəkil olan evə mələklər girməz.”
Əbu Talhadan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: “İçində it və şəkil olan evə mələklər girməz.”
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Português සිංහල অসমীয়া Kiswahili ગુજરાતી Tiếng Việt Nederlands پښتو Hausa नेपाली മലയാളം Кыргызча Română Svenska Српски తెలుగు ქართული Moore Magyar Македонски Čeština Українська አማርኛ Kinyarwanda Malagasy Wolof ไทย मराठी ਪੰਜਾਬੀ دری ភាសាខ្មែរ Lietuvių Deutsch ಕನ್ನಡ Oromooالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verdi ki, rəhmət mələkləri, içində it və ya ruhu olan canlıların şəkli olan evə girməzlər. Çünki ruhu olan bir canlının şəklini çəkmək böyük günahdır və onda Allahın yaratmasına bənzəmək və şirkə aparan vasitələrdən bir vasitə vardır, bəziləri isə Allahdan başqa ibadət edilən şeylərin şəklidir. İt olan evdən çəkinmələrinin səbəbinə gəlincə: İtlərin çox nəcasət yediyinə və bəzilərinin şeytan adlandırıldığına görədir; mələklər isə şeytanların ziddidir. Həmçinin itin pis iyili olmasına görədir; mələklər isə pis qoxunu sevmirlər, həmçinin it saxlamağın şəriət tərəfindən qadağan edilməsinə görədir; buna görə də, it saxlayan şəxs, rəhmət mələklərinin evinə daxil olmalarından, orada namaz qılmaqlarından, onun üçün bağışlanma diləməklərindən, ona və evinə xeyir-dua verməklərindən və şeytanın pisliyini ondan dəf etməklərindən məhrum olunmaqla cəzalandırılır.فوائد الحديث
Ov, mal-qara və ya əkin üçün olan it istisna olmaqla, it saxlamaq haramdır.
Şəkil saxlamaq mələklərin nifrət etdiyi pis əməllərdəndir və it məsələsində olduğu kimi, şəkillərin də müəyyən bir məkanda olması, oranın rəhmətdən məhrum olmasına səbəbdir.
İçərisində it və ya şəkil olan evə girməyən mələklər rəhmət mələkləridir, lakin qoruyucu mələklər və ölüm mələyi kimi müəyyən bir vəzifəsi olan digər mələklər isə hər evə daxil olurlar.
Ruhu olan canlıların şəkillərini divarlardan və başqa yerlərdən asmağın qadağan olması.
Xəttabi demişdir: Mələklər yalnız, saxlanması haram olan it və şəkillərin olduğu evə girməzlər. Lakin ov, əkin və ya mal-qara üçün saxlanılan it, eləcə də xalça, yastıq və s. kimi yerlərdə tapdanan və istifadə olunan (hörmət edilməyən) şəkillər bu hökmə daxil deyil, mələklərin belə evlərə girməsinə mane olmaz”.
التصنيفات
Üluhiyyə tövhidi