إعدادات العرض
Sizə günahların ən böyüyü barədə xəbər verimmi?
Sizə günahların ən böyüyü barədə xəbər verimmi?
Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" – deyə bunu üç dəfə soruşdu. Səhabələr: “Bəli, ey Allahın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq" – dedi. (Bunu deyərkən) o söykənmişdi sonra qalxıb oturdu və: "Yalan söz danışmaq" – deyə əlavə etdi. O bunu durmadan o qədər təkrar etdi ki, biz (bir-birimizə): "Kaşki, susaydı!" – dedik”.
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी বাংলা Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە ไทย دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली Malagasy Italiano ಕನ್ನಡ Oromoo Română Wolof Soomaali Српски Moore Українська Български Tagalog ქართული Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əshabına ən böyük günahları xəbər vermiş və bu üç günahı zikr etmişdir: 1- Allaha şərik qoşmaq. Bu, hər hansı bir ibadət növünü Allahdan başqasına sərf etməkdir. Həmçinin, Allahdan başqasını, Allahın uluhiyyəti, rububiyyəti, ad və sifətlərində Uca Allaha bərabər tutmaqdır. 2- Valideynlərin üzünə ağ olmaq. Bura, söz və ya əməl olmasından asılı olmayaraq ata-anaya qarşı edilən bütün növ əziyyətlər, həmçinin onlara yaxşılıq etməyi tərk etmək də daxildir. 3- Yalan danışmaq, yalandan şahidlik etmək: Yalan demək dedikdə bura, başqasının malını mənimsəmək, başqasının namusuna toxunmaq və s. buna bənzər şeylər üçün yalandan deyilən hər bir söz daxildir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yalan demənin çirkinliyini və cəmiyyətdə pis nəticələrə səbəb olmasına diqqətə çəkmək üçün bunu dəfələrlə təkrarlamışdır. Hətta sahabələr Peyğəmbərimizə (Allahın salavatı və salamı onun üzərinə olsun) olan şəfqətlərindən və onu rahatsız edən şeydən xoşlanmadıqlarından dolayı onun susmasını arzu etmişdilər.فوائد الحديث
Günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Buna görə də Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onu böyük günahların ən birincisi və ən böyüyü olaraq qeyd etmişdir. Uca Allahın: {Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan başqa olan günahları isə istədiyi kəsə bağışlayar} ayəsi də bunu təsdiqləyir.
Valideyin haqqlarının böyüklüyü. Belə ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onların haqqını Uca Allah haqqı ilə birlikdə zikr etmişdir.
Günahlar, böyük və kiçik olmaqla iki qismə bölünür. Böyük günahlar: Hədd və lənət kimi dünyada cəzası olan yaxud Cəhənnəmə daxil olmaq kimi axirətdə cəzası olan bütün günahlardır. Böyük günahların bəzisi haramlıq baxımından digərlərindən daha şiddətlidir. Böyük günahlar xaricində qalan günahlar isə kiçik günahlardır.