إعدادات العرض
bu qanaxmadır, sadəcə sənin bildiyin heyz günlərinin müddətində namazı tərk et, (bu müddətdən) sonra isə qüsl al və namaz qıl
bu qanaxmadır, sadəcə sənin bildiyin heyz günlərinin müddətində namazı tərk et, (bu müddətdən) sonra isə qüsl al və namaz qıl
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Fatimə bint Əbi Hubeyş Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) belə soruşdu: "Mən davamlı olaraq heyz oluram, (həmin müddətdə) namazı tərk edimmi? Cavab verdi: Xeyr, bu qanaxmadır, sadəcə sənin bildiyin heyz günlərinin müddətində namazı tərk et, (bu müddətdən) sonra isə qüsl al və namaz qıl."
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa Português Kurdî Kiswahili සිංහල Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Română Kinyarwanda বাংলা తెలుగు Lietuvių Oromoo മലയാളം Nederlands Soomaali Shqip Српски Deutsch Українська ಕನ್ನಡ Wolof Moore ქართული Magyar தமிழ்الشرح
Fatimə bint Hubeyş Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu və dedi: Məndən heyz qanı kəsilmir və heyz, ədəti günlərdən başqa dövrdə də davam edir, o zaman bunun hökmü heyzin hökmü kimidirmi və namazı tərk edimmi? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: Bu qanaxmadır və uşaqlıq yolunda qanaxmanın kəsilməsi nəticəsində yaranan patoloji qandır, heyz qanı deyil. Qanaxma xəstələliyindən əvvəl olduğu kimi, aylıq adətinə uyğun heyz müddəti gələrsə, namazı, orucu və qadına heyz zamanı qadağan olan digər işləri tərk et. Həmin müəyyən müddət bitdikdə, heyzdən təmizlənmiş olursan, qan yerini yu və natəmizliyi aradan qaldırmaq üçün kamil qüsl al, sonra namaz qıl.فوائد الحديث
Qadına, heyz günlərini bitirdiyi zaman qüslün vacibliyi.
Qanaxmadan əziyyət çəksə belə qadına namaz qılmaq vacibdir.
Heyz: Müəyyən günlərdə yetkin qadının rəhmindən cinsi orqan yolu ilə ayrılan təbii qandır.
İstihazə: uşaqlığın dibindən axan, vaxtının adəti üzrə olmayan qanaxmadır.
Heyz qanı ilə istihazə qanının fərqi: Heyz qanı qara, qatı və pis qoxulu, istihazə qanı isə duru, qırmızı və qoxusuzdur.
التصنيفات
Heyiz, nifas və istihazə