Həqiqətən insanların ən yaramazı Qiyamətin qopacağı an hələ də həyatda olanlar və qəbirləri məscidlərə çevirənlərdir

Həqiqətən insanların ən yaramazı Qiyamətin qopacağı an hələ də həyatda olanlar və qəbirləri məscidlərə çevirənlərdir

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Həqiqətən insanların ən yaramazı Qiyamətin qopacağı an hələ də həyatda olanlar və qəbirləri məscidlərə çevirənlərdir.

[Həsən] [Əhməd rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ən pis insanlardan - Qiyamətin qopacağı an hələ də həyatda olan kəslərdən, qəbirlər olan yerləri məscid kimi istifadə edənlərdən, qəbirlərin yanında və onlara tərəf namaz qılanlardan xəbər verir.

فوائد الحديث

Qəbirlər üzərində məscid tikməyin haramlığı, çünki şirkə aparan vasitədir.

Tikili olmasa belə qəbirlər yanında namaz qılmağın haramlığı, çünki məscid səcdə edilən yerin adıdır, hətta tikili olmasa belə.

Kim salehlərin qəbirlərini namaz qılınan məkan kimi istifadə edib, bununla uca Allaha yaxınlaşmaq məqsədini iddia edərsə, o insanların ən şərlisidir.

التصنيفات

Qiyamət saatının əlamətləri