إعدادات العرض
( Bədbinlik etiqadı ilə) "Quş uçurmaq şirkdir"-üç dəfə təkrarladı-bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır
( Bədbinlik etiqadı ilə) "Quş uçurmaq şirkdir"-üç dəfə təkrarladı-bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: ( Bədbinlik etiqadı ilə) "Quş uçurmaq şirkdir"-üç dəfə təkrarladı-bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır.
[Səhih] [Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa Kurdî Kiswahili Português සිංහල Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Kinyarwanda తెలుగు Lietuvių Oromoo Română മലയാളം Nederlands Soomaali Српски Українська Deutsch ಕನ್ನಡ Wolof Moore Shqip ქართული Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bədbinlik niyyəti ilə quş uçurmaqdan, bu məqsədlə istər eşidilən, istərsə də gözlə görünən quşlar, heyvanlar, əlillər, rəqəmlər, günlər və sairə bu kimi növ vasitələrdən istifadə etməklə bədbinlik gözləməkdən çəkindirmişdir. O, burada məhz quşu qeyd etdi, çünki cahiliyyə dövründə- islamdan əvvəl quş uçurtmaq məşhur idi. Səyahətə, ticarətə və ya başqa işlərə başlarkən quş uçurulardı, əgər sağa uçarsa, şəxs nikbin olardı və işinə davam edərdi, yox əgər quş sola uçardısa, insan bədbin olar və niyyətindən əl çəkərdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bunun şirk olduğunu xəbər verir, çünki xeyir yalnız Allahdandır, şərri də yalnız şəriki olmayan, tək olan Allah dəf edər. İbn Məsud (Allah ondan razı olsun) qeyd edir ki, bəzən müsəlmanın qəlbində bədbinlik düşüncəsi yer ala bilər, lakin müsəlman səbəbləri tətbiq etməklə Allaha təvəkkül edib, həmin düşüncələrin qarşısını almalıdır.فوائد الحديث
Quş uçurmaq şirkdir, çünki bu əməldə qəlbin Allahdan başqasına bağlılığı vardır.
Mühüm məsələlərin yadda qalması və qəlbdə qərar tutması üçün təkrarlanmasının əhəmiyyəti.
Bədbinlik uca Allaha təvəkkül etməklə aradan qaldırılır.
Yalnız Allaha təvəkkül etmək və qəlbin Ona bağlılığın əmr edilməsi.