“İnsanlara iddialarına görə istədikləri verilsəydi, insanlar başqalarının malını və qanını tələb edərdilər, lakin dəlil iddia edənin, and isə inkar edənin üzərinə vacibdir”

“İnsanlara iddialarına görə istədikləri verilsəydi, insanlar başqalarının malını və qanını tələb edərdilər, lakin dəlil iddia edənin, and isə inkar edənin üzərinə vacibdir”

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “İnsanlara iddialarına görə istədikləri verilsəydi, insanlar başqalarının malını və qanını tələb edərdilər, lakin dəlil iddia edənin, and isə inkar edənin üzərinə vacibdir”.

[Səhih]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq-aydın bildirmişdir ki, əgər insanlara dəlil və sübut olmadan sadəcə iddiaları əsasında (istədikləri) verilsə idi, onlar başqalarının malını və qanını tələb edərdilər, lakin iddiaçıya tələb etdiyi şey üçün dəlil və sübut təqdim etməsi vacibdir. Əgər tələb etdiyi şeyə dəlil və sübutu yoxdursa, o zaman iddia, cavabdeh qismində olan şəxsə təqdim edilir. Əgər o, bunu inkar edərsə, o zaman and içməlidir və bununla da o, bəraət qazanar.

فوائد الحديث

İbn Dəqiq Əl-İd (Allah ona rəhmət etsin) demişdir: Bu hədis şəriət hökmlərinin əsaslarından bir əsasdır, ixtilaf və mübahisə zamanı ən böyük qayıdış yeridir.

Şəriət insanların malını və qanını manipulyasiyadan qorumaq üçün gəlmişdir.

Hakim öz biliyinə əsaslanaraq hökm çıxarmır, yalnız sübutlara əsaslanır.

İstər insanların hüquq və münasibətləri, istərsə də iman və elm məsələlərində olsun, dəlillərə əsaslanmayan bütün iddialar rədd olunur.

التصنيفات

İddialar və sübutlar