إعدادات العرض
Kim mülayimlikdən məhrum olarsa, xeyirdən məhrum olar”
Kim mülayimlikdən məhrum olarsa, xeyirdən məhrum olar”
Cərirdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Kim mülayimlikdən məhrum olarsa, xeyirdən məhrum olar”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල Kurdî Português தமிழ் অসমীয়া Kiswahili ગુજરાતી Nederlands پښتو नेपाली Hausa മലയാളം Svenska Кыргызча Română ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Македонски Čeština Kinyarwanda Українська Lietuvių Wolof Malagasyالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim mülayimlikdən məhrum olarsa, dini və dünyəvi işlərdə, özü üçün və başqaları ilə etdiyi işlərdə ona müvəffəq olmazsa, artıq bütün xeyirlərdən məhrum olmuş olar.فوائد الحديث
Mülayimliyin fəziləti və bu əxlaqi sifətə sahib olmağa həvəsləndirmək və kobudluğun pislənməsi.
Mülayimlik hər iki dünyanın xeyrini təmin etmək və onların işlərini asanlaşdırmaq deməkdir, kobudluq isə bunun əksidir.
Mülayimlik gözəl əxlaq və salamatçılığın, kobudluq isə qəzəb və pis əxlaqın nəticəsidir, buna görə də Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mülayimliyi çox tərifləmişdir.
Sufyan əs-Sovri (Allah ona rəhmət etsin) öz yoldaşlarına belə demişdir: “Mülayimliyin nə olduğunu bilirsinizmi? O hər şeyi öz yerinə qoymaqdır: sərtliyi öz yerində, yumşaqlığı öz yerində, qılıncı öz yerində, qamçını da öz yerində (istifadə etməkdir)".
التصنيفات
Gözəl əxlaq