إعدادات العرض
Sizin birinizin qapısının önündə bir çay olsa və o, həmin çayda hər gün beş dəfə yuyunsa o kəsdə çirkdən bir şey qalarmı?
Sizin birinizin qapısının önündə bir çay olsa və o, həmin çayda hər gün beş dəfə yuyunsa o kəsdə çirkdən bir şey qalarmı?
Əbu Hureyradan (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdiyi rəvayət edilir: «Sizin birinizin qapısının önündə bir çay olsa və o, həmin çayda hər gün beş dəfə yuyunsa o kəsdə çirkdən bir şey qalarmı?» Səhabələr: "O kəsin üzərində çirkdən heç bir şey qalmaz" dedilər. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: «Beş vaxt namaz da bunun kimidir, Allah onunla günahları silib yox edir.»
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá Tiếng Việt Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം ไทย Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof Українська ქართული Moore Magyar Shqip Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) kiçik günahların və xətaların aradan qaldırılması və bağışlanması üçün hər gün qılınan beş vaxt namazı insanın qapısının ağzından axan və gündə beş dəfə yuyunduğu bir çaya bənzətmişdir. Belə birinin üzərində çirkdən və kirdən heç bir şey qalmaz.فوائد الحديث
Bu fəzilət kiçik günahların bağışlanmasına aiddir, böyük günahlar üçün isə tövbə etmək lazımdır.
Şərtlərinə, rukunlarına, vaciblərinə və sünnətlərinə əməl edərək beş vaxt namazı qılmağın fəziləti.
التصنيفات
Namazın fəziləti