Həya imandandır

Həya imandandır

Abdullah bin Amr (Allah onların hər ikisindən razı olsun) dedi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir nəfərin din qardaşına, artıq dərəcədə həyalı olduğu üçün bu xislətini tərk etməyi nəsihət etdiyini eşidir və deyir:" Həya imandandır."

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) qardaşına çox həya etməsini tərk etməyi tövsiyə edən adamın sözlərini eşidir və ona bildirir ki, həya imandandır və yalnız xeyir gətirər. Həya gözəl əməl etməyə və çirkin əməli tərk etməyə sövq edən əxlaqdır.

فوائد الحديث

Səni xeyirdən çəkindirən şey həya adlanmaz, bu, xəcalət, acizlik, zəiflik, qorxaqlıq adlanar.

İzzət və Cəlal sahibi olan Allahdan həya etmək , Onun əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə gerçəkləşir.

Yaradılmışlardan həya etmək, onlara ehtiram etməklə, onlara layiq olduqları dəyəri verməklə və ümumiyyətlə çirkin olaraq qəbul ediln əməllərdən uzaq durmaqla gerçəkləşir.

التصنيفات

Gözəl əxlaq