إعدادات العرض
Həqiqətən də siz Rəbbinizi, bu ayı gördüyünüz kimi görəcəksiniz. Onu görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz
Həqiqətən də siz Rəbbinizi, bu ayı gördüyünüz kimi görəcəksiniz. Onu görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz
Cərir bin Abdullahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Biz Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Bədr gecəsi bütöv olan aya baxdı və dedi:"Həqiqətən də siz Rəbbinizi, bu ayı gördüyünüz kimi görəcəksiniz. Onu görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz.Elə isə günəş doğmamışdan öncəki namaza və gün batmamışdan qabaq qılınan namaza gücünüz çatdığı qədər davamlı riayət edin". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra bu ayəni oxudu: "Günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə tərif et (şəninə təriflər de)!".
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी বাংলা Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Hausa دری Кыргызча or Kinyarwanda नेपाली Malagasy Română Lietuvių Oromoo Српски Nederlands Soomaali Українська ಕನ್ನಡ Wolof Moore ქართული Magyar Tagalogالشرح
Sahabələr gecələrin birində Allah Rəsulu -(Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bir yerdə idilər, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) on dörd gecəlik aya baxıb dedi: Şübhəsiz ki, möminlər Rəbblərini gözləri ilə aydın şəkildə görəcəklər və onlar basırıq olmadan, yorğunluq və sıxıntı çəkmədən uca Allahı görəcəklər. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Əgər bacarsanız sübh və əsr namazında sizi yayındaracaq səbəbləri aradan qaldırın və bu namazları vaxtında camaatla qılın, çünki bu, izzət və cəlal sahibi olan Allahın üzünü görmək nemətinə nail olmaq üçün səbəblərindəndir. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə tərif et (şəninə təriflər de)!"فوائد الحديث
İman əhlinə uca Allahı cənnətdə görmək müjdəsi.
İnsanları haqqa çağırmağın üslublarından biri: təkid etmək, təşviq etmək və misallar çəkməkdir.
التصنيفات
Axirət həyatı