"Lə iləhə illallah" de ki, buna görə Qiyamət günü sənə şahidlik edim

"Lə iləhə illallah" de ki, buna görə Qiyamət günü sənə şahidlik edim

Əbu Hureyrədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilmişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisinə belə dedi: " "Lə iləhə illallah" de ki, buna görə Qiyamət günü sənə şahidlik edim" Əmisi dedi: Qureyş məni ələ salıb, "qorxduğu üçün bunu etdi" deməsəydi, sənin istədiyini edərdim. Uca Allah bu ayəni nazil etdi: (Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər) (Əl-qasas: 56).

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi Əbu Talibdən, ölüm ayağında olarkən "lə iləhə illallah" deməsini istəyir ki, Qiyamət günü ona şəfaət edə bilsin və onun müsəlmanlığına şahidlik etsin. O isə Qureyşin onun haqqında pis sözlər söyləməsindən, "zəiflik və ölümdən qorxduğu üçün müsəlman oldu" demələrindən qorxduğu üçün şəhadət kəliməsini söyləməkdən imtina edir. Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) deyir ki: "Əgər bu olmasaydı, şəhadət kəliməsi ilə səni sevindirərdim və sən razı olana qədər istədiyini deyərdim". Uca Allah Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlman olmaq üçün hidayət verməyə qadir olmadığına dəlalət edən ayə endirdi. Əksinə, yalnız qüdrət və cəlal sahibi olan Allah istədiyinə hidayət verər. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları hidayətə qovuşdurmağı, yalnız dəlil sübutlara əsaslanaraq istiqamətləndirməkdən, başa salmaqdan, doğru yola dəvət etməkdən ibarətdir.

فوائد الحديث

Haqq, insanların dedi qodusundan qorxaraq tərk edilməz.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız haqqa dəlalət edən, doğru yola yönəldən hidayətə sahibdir, hidayətə müvəffəq etmək, qovuşdurmaq isə onun əlində deyil.

İslama dəvət etmək məqsədi ilə xəstə kafiri ziyarət etməyin icazəli olması.

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hər bir halda uca Allahın dininə dəvət etməsinə hərisliyi.

التصنيفات

Qəza və qədərə iman, İslam, Tövhidin fəziləti