إعدادات العرض
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazdan sonra bu zikri edərdi
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazdan sonra bu zikri edərdi
Muğirə bin Şöbənin (Allah ondan razı olsun) katibi Ravvaddan rəvayət edildiyinə görə o belə demişdir: Muğirə bin Şöbə (Allah ondan razı olsun), Müaviyəyə (Allah ondan razı olsun) göndərdiyi məktubda mənə bunu imla etdi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazdan sonra bu zikri edərdi: «Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zəl-cəddi minkəl-cədd».
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली తెలుగు Bosanski ಕನ್ನಡ Kurdî മലയാളം Oromoo Română Italiano Soomaali Shqip Српски Українська Wolof Moore Tagalog Malagasy தமிழ் فارسی ქართული 中文 Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazını qılıb qutardıqdan sonra bu zikri edərdi: «Lə iləhə illəl-lahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zəl-cəddi minkəl-cəddu». Yəni: Mən tövhid kəlməsi olan Lə iləhə illallahı qəbul və təsdiq edirəm. Həqiqi ibadətə yalnız Uca Allahın layiq olduğunu təsdiq edir və Ondan başqasına edilməsini isə inkar edirəm. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Mülkün bütünlükə Uca Allaha aid olduğunu, səma və yer əhlinin bütün həmdləri yalnız Uca Allaha xas olduğunu və Onun hər bir şeyə qadir olduğunu, Uca Allahın təqdir edib verdiyinə kiminsə mane olacağını və verməyib mane olduğunu da kiminsə verə bilməyəcəyini iqrar edirəm. Həmçinin zəngin olanın zənginliyi Allah qatında heç bir fayda verməyəcəyini, insana yalnız saleh əməllərin fayda verəcəyini də iqrar edirəm.فوائد الحديث
Bu zikr özlüyündə tövhid və həmd-səna dolu mənalar əhatə etdiyinə görə fərz namazlardan sonra söylənməsi müstəhəbdir.
Sünnəni yerinə yetirməyə və onu insanlar arasında yaymağa tələsmək.
التصنيفات
Namazın zikirləri