إعدادات العرض
Uca Allah cənnət əhlinə deyəcək: Ey cənnət əhli? Onlar: “Əmrinə müntəzirik, ey Rəbbimiz və sənə tabeyik” deyəcəklər. Allah deyəcək: “Razı qaldınızmı? Onlar cavab verəcəklər: “Sən, yaratdıqlarından heç kimə vermədiyin şeyi bizə bəxş etdiyin halda, biz…
Uca Allah cənnət əhlinə deyəcək: Ey cənnət əhli? Onlar: “Əmrinə müntəzirik, ey Rəbbimiz və sənə tabeyik” deyəcəklər. Allah deyəcək: “Razı qaldınızmı? Onlar cavab verəcəklər: “Sən, yaratdıqlarından heç kimə vermədiyin şeyi bizə bəxş etdiyin halda, biz nə üçün razı olmayaq?
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə demişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: Uca Allah cənnət əhlinə deyəcək: Ey cənnət əhli? Onlar: “Əmrinə müntəzirik, ey Rəbbimiz və sənə tabeyik” deyəcəklər. Allah deyəcək: “Razı qaldınızmı? Onlar cavab verəcəklər: “Sən, yaratdıqlarından heç kimə vermədiyin şeyi bizə bəxş etdiyin halda, biz nə üçün razı olmayaq? Sonra buyuracaq: “Mən sizə bundan daha üstününü verəcəm. Onlar deyəcəklər: Ya Rəbb, bundan daha üstün nə var? Uca Allah deyəcək: Mən sizə öz razılığımı halal edirəm və bundan sonra heç vaxt sizə qəzəblənməyəcəm".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Tagalog Tiếng Việt Hausa Kurdî Português සිංහල অসমীয়া Kiswahili ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Кыргызча Română Svenska తెలుగు Српски ქართული Moore Magyar Македонски Čeština Українська Kinyarwanda Malagasy Wolof ไทย मराठी ਪੰਜਾਬੀ دری አማርኛ ភាសាខ្មែរ Lietuvių Deutsch ಕನ್ನಡ Oromooالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca Allah Cənnət əhli orada olarkən onlara belə deyəcək: “Ey Cənnət əhli!" Onlar da Ona cavab verərək deyəcəklər: “Sənin əmrinə müntəzirik ey Rəbbimiz və Sənə tabeyik”. Onlara deyəcək: “Razı qaldınızmı?” Onlar cavab verəcəklər: “Bəli, razıyıq! Necə razı olmayaq ki, Sən bizə yaratdıqlarından heç kimə vermədiklərini bəxş etmisən!”. Sonra Uca Allah deyəcək: “Sizə bundan daha yaxşısını verimmi?”. Onlar deyəcəklər: “Ya Rəbb, bundan daha yaxşı nə ola bilər?!“. Uca Allah deyəcəkdir: “Sizə daimi razılığımı bəxş edirəm və bundan sonra sizə heç vaxt qəzəblənməyəcəyəm”.فوائد الحديث
İzzət və Cəlal sahibi olan Allahın Cənnət əhli ilə danışması.
Allahın Cənnət əhlinə, onlardan razı qalması, bunu onlara əbədi etməsi və onlara heç vaxt qəzəblənməyəcəyi ilə müjdə verməsi.
Cənnətdə olan hər kəs, məqam və dərəcələrinin müxtəlif olmasına baxmayaraq, öz halından razı olacaq. Çünki onların hamısı eyni sözlə cavab verəcəklər: “Sən bizə yaratdıqlarından heç kimə vermədiklərini bəxş etdin”.
