إعدادات العرض
Ramazan gələndə ümrə et, çünki Ramazanda edilən ümrə Həccə bərabərdir
Ramazan gələndə ümrə et, çünki Ramazanda edilən ümrə Həccə bərabərdir
İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) İbn Abbasın adını çəkdiyi, lakin adını unutduğum, ənsardan olan bir qadına dedi: “Sənə bizimlə həcc etməyə nə mane oldu?” O dedi: Bizim yalnız iki dəvəmiz var idi, ona görə oğlumun atası oğlum ilə bir dəvə üzərində həcc etdi və su daşımaq üçün bizə digərini qoyub getdi: O, dedi: "Ramazan gələndə ümrə et, çünki Ramazanda edilən ümrə Həccə bərabərdir."
الترجمة
ar bn bs en es fa fr id tl tr ur zh hi vi ug ha ku ml sw pt si prs sv as yo ky gu ne ro nl so ps te rw kn sr wo mos lt ka uk cs hu mk ru mgالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) vida həccindən qayıdanda həcc etməmiş ənsar qadına dedi: Sənə bizimlə həcc etməyə nə mane oldu? Qadın onların iki dəvəsinin olmasını üzr gətirdi. Əri və oğlu onların birində həcc etdi, digər dəvəni isə quyudan su götürmək üçün saxladılar. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona bildirdi ki, Ramazan ayında edilən ümrənin savabı həccin savabına bərabərdir.فوائد الحديث
Ramazan ayında ümrə etməyin fəziləti.
Ramazanda ümrə etmək həccin vaciblik hökmünü qüvvədən salmaqda deyil, savab baxımından həccə bərabərdir.
Əməllərin savabı, müəyyən vaxtların şərəfinin artıq olmasına görə artır. Ramazanda edilən əməllər də bu növdəndir.
التصنيفات
Həcc və ömrənin fəziləti