Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin

Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin

Miqdəm bin Maədi Kəribdən -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin".

[Səhih] [Əbu Davud, Ət-Tirmizi, Ən-Nəsai Sünənul-Kubrada və Əhməd rəvayət ediblər]

الشرح

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə, möminlər arasında əlaqəni gücləndirən və onlar arasında bir-birlərinə qarşı sevgini yayan səbəblərdən birini bəyan etmişdir.Əgər kimsə bir mömin qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini xəbər verməlidir.

فوائد الحديث

Dünya mənfəəti üçün deyil, Uca Allah üçün olan xalis sevginin fəziləti.

Möminlər arasında məhəbbət və dostluğun daha da artması üçün sevdiyi insana, onu, Allah üçün sevdiyini xəbər vermənin müstəhəb olması.

Möminlər arasında bir-birinə qarşı sevginin yayılması iman qardaşlığını gücləndirir və cəmiyyəti parçalanmaq və təfriqəyə düşməkdən qoruyur.

التصنيفات

Gözəl əxlaq, Danışma və susma ədəbləri