إعدادات العرض
Ən böyük cihadlardan biri, zalım hökmdar qarşısında ədaləti söyləməkdir”
Ən böyük cihadlardan biri, zalım hökmdar qarşısında ədaləti söyləməkdir”
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Ən böyük cihadlardan biri, zalım hökmdar qarşısında ədaləti söyləməkdir”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල አማርኛ অসমীয়া ગુજરાતી Tiếng Việt دری Nederlands नेपाली پښتو ไทย Svenska മലയാളം Oromoo Кыргызча Română తెలుగు Lietuvių Malagasy ಕನ್ನಡ Српски ქართული Moore Kinyarwanda Magyar Македонски Češtinaالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, Uca Allah yolunda cihadın ən böyük və ən faydalı növlərindən biri ədalətsiz və zalım hökmdar və ya rəhbərin qarşısında ədalət və haqq sözünü deməkdir. Çünki o, istər sözlə, istər yazı ilə, istər əməllə və ya məsləhətin əldə edildiyi, məfsədənin uzaqlaşdırıldığı hər hansı bir şeylə də olsa, yaxşılığı əmr edib pislikdən çəkindirmək şüarının yerinə yetirilməsidir.فوائد الحديث
Yaxşılığı əmr edib və pislikdən çəkindirmək cihaddan sayılır .
Hökmdara nəsihət etmək cihadın ən böyük növlərindəndir, lakin bunu elm, hikmət və məsləhətləşmə və dəqiqləşdirmədən sonra etmək lazımdır.
Xəttabi demişdir: “Bu, ən üstün cihaddır, çünki düşmənə qarşı cihad edən qorxu ilə ümid arasında tərəddüd edir və bilmir ki, düşmənə qalib gələcək, yoxsa məğlub olacaq. Lakin hökmdar qarşısında olan kəs tamamilə onun ixtiyarındadır və əgər həqiqəti söyləsə və ona yaxşılığı əmr etsə, özünü həlak və ölüm təhlükəsinə atar. Beləliklə bu, qorxuya qalib gəlindiyi üçün ən yaxşı cihad növü olur. Həmçinin deyilir ki, bu ona görə ən yaxşı cihaddır ki, çünki əmr sahibi (hökmdar) onun sözünə qulaq assa, bu, çoxlu sayda insana fayda verə bilər və məsləhət hasil olar”.