Sizin heç biriniz kiçik su başına çıxarkən cinsi orqanını sağ əli ilə tutmasın, ayaqyolunda sağ əli ilə təmizlənməsin və qaba üfürməsin

Sizin heç biriniz kiçik su başına çıxarkən cinsi orqanını sağ əli ilə tutmasın, ayaqyolunda sağ əli ilə təmizlənməsin və qaba üfürməsin

Əbu Qatədədən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Sizin heç biriniz kiçik su başına çıxarkən cinsi orqanını sağ əli ilə tutmasın, ayaqyolunda sağ əli ilə təmizlənməsin və qaba üfürməsin.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi ədəbləri açıqlamışdır: O, kişinin su başına çıxarkən cinsiyyət üzvünü sağ əli ilə tutmasını və sağ əli ilə cinsiyyət üzvü və ya arxa nahiyədən nəcasəti təmizləməsini qadağan etmişdir. Çünki sağ əl yaxşı əməllər etmək üçündür. Həmçinin o, insanın içdiyi qaba üfürməsini da qadağan etmişdir.

فوائد الحديث

İslamın ədəb və təmizlikdə öndə olmasının bəyanı.

Çirkli şeylərdən uzaq durmaq lazımdır. Əgər insan bunları etmək məcburiyyətində qalarsa, sol əllə etsin.

Sağ əlin şərəfli və sol əldən üstün olmasının bəyanı.

İslam şəriətinin kamilliyi və onun təlimlərinin (bir çox məsələləri) əhatə etməsi.

التصنيفات

Yemək və içmək ədəbləri, Ayaqyolu ədəbləri