إعدادات العرض
“Yaxşı və pis dostun misalı, müşk (ətir) satanla körük vuranın misalına bənzəyir
“Yaxşı və pis dostun misalı, müşk (ətir) satanla körük vuranın misalına bənzəyir
Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: “Yaxşı və pis dostun misalı, müşk (ətir) satanla körük vuranın misalına bənzəyir. Ətir satan ya sənə ətir bağışlayar, ya ondan ətir alarsan, ya da ondan xoş bir qoxu duyarsan. Körük vuran isə ya sənin paltarını yandırar, ya da sən ondan pis qoxu duyarsan”.
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල دری অসমীয়া ไทย Tiếng Việt አማርኛ Svenska Yorùbá Кыргызча ગુજરાતી नेपाली Oromoo മലയാളം Română Nederlands Soomaali پښتو తెలుగు Kinyarwanda ಕನ್ನಡ Malagasy Српски Moore ქართული Čeština Українська Magyar Македонски Lietuviųالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki növ insana misal çəkdi: Birinci növ: Allaha və Onun razılığına yönəldən, itaətdə kömək edən saleh yoldaş və dost. O, müşk (ətir) satıcısına bənzəyir, ya sənə ətir verəcək, ya sən ondan pulla alacaqsan, ya da ondan xoş ətir iyisi duyacaqsan. İkinci növ: İnsanları Allahın yolundan azdıran və günah işlətməkdə kömək edən pis yoldaş və dost. Ondan çirkin əməl görərsən, onun kimi bir şəxslə yoldaşlıq edib, onunla oturub-durduğuna görə qınanarsan. O, oda üfürən dəmirçi kimidir; ya uçan qığılcımlarından sənin paltarın yanar, ya da onun yanından pis qoxu duyarsan.فوائد الحديث
Mənanı dinləyiciyə daha yaxşı çatdırmaq üçün misallar verməyin icazəli olması.
İtaətkar və saleh insanlarla yoldaşlıq etməyə, fəsadçı və pis əxlaq sahiblərindən isə uzaq durmağa təşviq etmək və rəğbətlənidrmək.