إعدادات العرض
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz otağında, pərdə arxasında olan bakirə qızdan daha həyalı idi, sevmədiyi bir şey gördüyündə, biz bunu onun üzündən anlayardıq
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz otağında, pərdə arxasında olan bakirə qızdan daha həyalı idi, sevmədiyi bir şey gördüyündə, biz bunu onun üzündən anlayardıq
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz otağında, pərdə arxasında olan bakirə qızdan daha həyalı idi, sevmədiyi bir şey gördüyündə, biz bunu onun üzündən anlayardıq.
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Kiswahili Português සිංහල অসমীয়া ગુજરાતી Tiếng Việt Nederlands پښتو नेपाली Hausa Svenska മലയാളം Кыргызча Română తెలుగు ಕನ್ನಡ Српски ქართული Moore Kinyarwanda Magyar Македонски Čeština Українська Wolof Lietuvių Malagasyالشرح
Əbu Səid Əl-Xudri (Allah ondan razı olsun) xəbər verir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) evlənməmiş və kişilərə qarışmamış, evində gizlənən bakirə qızdan daha utancaq idi və şiddətli həyasına görə, əgər bir şeyi xoşlamadıqda, üzü dəyişər və danışmazdı, lakin, onun sahabələri bu şeyi sevmədiyini onun üzündən anlayardılar.فوائد الحديث
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyalı olmasının bəyanı. Məhz bu böyük əxlaqdır.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyası, Allahın qadağaları pozulmadığı müddətcə idi. Lakin onlar pozulardısa, o (Allahın salavatı və salamı onun üzərinə olsun) qəzəblənər, səhabələrinə əmr və qadağalar edərdi.
Həyalı olmağa təşviq; çünki o insanı gözəl əməl işləməyə və çirkinlikləri tərk etməyə sövq edir.