Mən aranızda sizlərdən birinin dostumun olmasından Allaha sığınıram. Çünki Uca Allah İbrahimi Özünə dost etdiyi kimi məni də Özünə dost etmişdir

Mən aranızda sizlərdən birinin dostumun olmasından Allaha sığınıram. Çünki Uca Allah İbrahimi Özünə dost etdiyi kimi məni də Özünə dost etmişdir

Cundəb -Allah ondan razı olsun- rəvayət edir ki, mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfat etməzdən beş gün öncə belə dediyini eşitdim: "Mən aranızda sizlərdən birinin dostumun olmasından Allaha sığınıram. Çünki Uca Allah İbrahimi Özünə dost etdiyi kimi məni də Özünə dost etmişdir. Əgər ümmətimdən birini özünə dost tutsaydım, əlbəttə ki, Əbu Bəkiri özümə dost tutardım. Agah olun ki, sizdən öncəkilər peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini məscidlərə çevirdilər. Diqqət edin! Qəbirləri əsla məscidlərə çevirməyin. Mən sizi bundan çəkindirirəm".

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Allah qatındakı dərəcəsini və həmçinin İbrahimin -aleyhissəlam- Allah qatında məhəbbətin ən yüksək dərəcələrinə çatdığı kimi, onun da məhəbbətin ən yüksək dərəcələrinə çatdığını xəbər vermişdir. Elə buna görə də özünün Allahdan başqa dostunun olmasını inkar etmişdir. Çünki qəlbi Uca Allaha olan məhəbbəti, Onu təzim etməsi və Onu tanıması ilə dolmuş və qəlbində Allahdan başqasına yer qalmamışdır. Əgər Peyğəmbər -salləllahu aleyhi va səlləm- insanlardan birini özünə dost tutsaydı, o zaman bu Əbu Bəkir -Allah ondan razı olsun- olardı. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm- sevgidə həddi aşan yəhudi və xristianların etdikləri kimi peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini ilahiləşdirərək oranı Allahdan başqa ibadət edilən yerlərə çevirməkdən və o qəbirlər üzərində məscidlər və ibadətgahlar bina etməkdən çəkindirmişdir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- ümmətinə yəhudi və xristianların etdikləri bu əməli qadağan etmişdir.

فوائد الحديث

Əbu Bəkir Siddiqin -Allah ondan razı olsun- fəziləti. O, səhabələrin ən fəzilətlisi və Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfatından sonra insanlar arasında xilafətə ən layiqli olanıdır.

Qəbirlər üzərində məscidlərin bina edilməsi keçmiş ümmətlərdən qalan münkər əməllərdəndir.

Qəbirləri ibadətgahlara çevirməyin, qəbirlər yanında və ya qəbirlərə tərəf namaz qılmağın yaxud qəbirlər üzərində məscidlər və ya qübbələr bina edilməsinin qadağan olma səbəbi insanları şirkə düşməkdən çəkindirmək üçündür.

Şirkə apardığına görə saleh kimsələri təzim edərək həddi aşmaq qadağan olunmuşdur.

Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfat etməzdən beş gün öncə ümmətini bu işdən təkrar olaraq çəkindirməsi bunun necə də təhlükəli bir iş olmasına dəlalət edir.

التصنيفات

Üluhiyyə tövhidi, Səhabələrin fəziləti (Allah onlardan razı olsun)