إعدادات العرض
“Kim Allah yolunda cihad edəni təchiz edərsə, sanki özü cihad etmişdir. Hər kim Allah yolunda cihad edəni (ailəsinin qayğısına qalmaqda) əvəz edərsə, sanki özü cihad etmiş olar”
“Kim Allah yolunda cihad edəni təchiz edərsə, sanki özü cihad etmişdir. Hər kim Allah yolunda cihad edəni (ailəsinin qayğısına qalmaqda) əvəz edərsə, sanki özü cihad etmiş olar”
Zeyd bin Xaliddən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “Kim Allah yolunda cihad edəni təchiz edərsə, sanki özü cihad etmişdir. Hər kim Allah yolunda cihad edəni (ailəsinin qayğısına qalmaqda) əvəz edərsə, sanki özü cihad etmiş olar”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Kiswahili Português සිංහල অসমীয়া Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Svenska Кыргызча Română ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Kinyarwanda Македонски Čeština Українська Lietuvių Wolofالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah yolunda cihad edən kəsin ehtiyac duyulan səfər vəsaitlərini- silah, nəqliyyat, yemək, məsrəf kimi şeyləri təşkil edən adam cihad edənlə ilə eyni hökmdədir və mücahidlərin savabına nail olar. Kim Allah yolunda cihad edən kəsin işlərini öz öhdəsinə götürərsə, o olmadığı müddətcə ailəsinin qayğısına qalmaqda onu əvəz edərsə, o, da Allah yolunda cihad edən kəsin hökmündə olar.فوائد الحديث
Müsəlmanları xeyir işlərdə bir-birlərinə yardım etməyə həvəsləndirmək.
İbn Həcər (Allah ona rəhmət etsin) demişdir: Bu hədisdə müsəlmanların məsləhəti üçün çalışan və ya onların vəzifələrindən birini yerinə yetirən şəxsə yaxşılıq etməyə təşviq vardır.
Ümumi qayda: Kim Allaha itaətlərdən bir itaətdə bir şəxsə yardım edərsə, onun mükafatı qədər savab qazanar və bu həmin kəsin mükafatından heç bir şey azaltmaz.
التصنيفات
Cihadın fəziləti