إعدادات العرض
Əgər doğru danışsa, nicat tapacaqdır
Əgər doğru danışsa, nicat tapacaqdır
Talha bin Ubeydilləh (Allah ondan razı olsun) dedi: Nəcd əhlindən saçı dağınıq bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi. Biz onun səsini eşidir, lakin nə dediyini başa düşmürdük. O, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) yaxınlaşdı və İslam haqqında soruşdu. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Bu, gündüz və gecə qılınan beş vaxt namazdır." Kişi soruşdu:" Bu namazlardan başqa üzərimə namaz vacibdimi?" Dedi: "Xeyr, yalnız könüllü qılacağın namazlar istisna, və üzərinə Ramazan orucu vacibdir." Kişi soruşdu:" Ondan başqa oruc mənə vacibdirmi?" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Xeyr, yalnız könülü olaraq oruc tutmağın istisna." Sonra Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona zəkat haqqıda xəbər verdi və kişi dedi: “Başqa bir şey etməliyəmmi? Dedi: “Xeyr, yalnız könüllü olaraq sədəqə verməyin istisna”. Sonra kişi üzünü çevirib: “Allaha and olsun ki, mən buna nə əlavə edəcəm, nə də ondan azaldacam" dedi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Əgər doğru danışsa, nicat tapacaqdır."
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Kurdî Kiswahili Português සිංහල دری অসমীয়া ไทย Tiếng Việt አማርኛ Svenska Yorùbá Кыргызча ગુજરાતી Hausa नेपाली Română മലയാളം Nederlands Oromoo Soomaali తెలుగు پښتو Kinyarwanda Malagasy ಕನ್ನಡ Српски Moore ქართული Čeština Magyar Українська Македонски Lietuviųالشرح
Nəcd əhlindən bir kişi Peyğəmbərin(Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi. Onun saçları dağınıq, səsi isə uca idi və nə dediyi başa düşülmürdü. O, Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) yaxınlaşdı və İslamın vacibatlarını soruşdu. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılmağın vacib olmasını söyləməklə başladı və ona xəbər verdi ki, Allah ona hər gecə və gündüz ( hər gün) beş vaxt namazı vacib etmişdir. Kişi dedi: Bu beş namazdan başqa namaz qılmam mənə vacibdirmi? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Xeyr, yalnız nafilə (könüllü) namaz qılmağın istisnadır. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allahın sənə vacib buyurduğu şeylərdən biri də Ramazan ayında oruc tutmaqdır. Kişi dedi: Ramazan orucundan başqa oruc tutmaq mənə vacibdirmi? O dedi: Xeyr, yalnız könüllü oruc tutmağın istisnadır. Sonra O, (Allahın salavatı və salamı onun üzərinə olsun) ona zəkatı söylədi. Kişi dedi: Vacib zəkatdan sonra sədəqə vermək mənə vacibdirmi? O dedi: Xeyr, yalnız könüllü olaraq (sədəqə verməyin) istisnadır. Kişi bu vacibatları Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdikdən sonra üzünü çevirib getdi və Uca Allaha and içdi ki, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dediklərinə əlavə etmədən və azaltmadan, onlara əməl edəcək. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) isə bunun ardınca dedi: Əgər kişi and içdiyinə sadiq olsa, nicat tapanlardan olar.فوائد الحديث
İslam şəriətinin yumşaqlığı və mükəlləflərə (şəriətin əmr və qadağaları yönəlmiş insanlara) asanlığı.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu kişi ilə gözəl rəftar etməsi, belə ki, ona, özünə yaxınlaşmasına və sual verməsinə şərait yaratdı.
Uca Allaha dəvətdə ən vacib olandan başlamaq.
İslam əqidə və əməldən ibarətdir, buna görə iman olmadan əməlin və əməl olmadan imanın faydası yoxdur.
Bu əməllərin əhəmiyyəti və İslamın əsaslarından olması.
Cümə namazı beş vacib namaza daxildir; çünki bu namaz cümə günü, cümənin vacib olduğu şəxslər üçün zöhr namazının əvəzinədir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) təlimə (dini öyrətməyə) İslamın ən önəmli vacibatları ilə başladı ki, bunlar da şəhadət kəliməsindən sonra gələn İslamın əsaslarıdır. Çünki, o adam müsəlman idi. Lakin həccdən danışmadı, çünki həcc vacib edilməmişdi və ya hələ vaxtı gəlməmişdi.
İnsan şəriətdə vacib olan ibadətlərlə kifayətlənərsə, o, nicat tapmış olar. Lakin bu o demək deyil ki, könüllü ibadətləri etmək sünnət deyil. Çünki qiyamət günü vacib ibadətlər könüllü ibadətlərlə tamamlanacaq.
التصنيفات
İslam