إعدادات العرض
İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin də Allahın Rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaqla əmr olundum
İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin də Allahın Rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaqla əmr olundum
İbn Ömərdən (Allah hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin də Allahın Rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaqla əmr olundum. Əgər bunları edərlərsə, İslamın haqqı (icazəli etdiyi hallar) istisna olmaqla, qanlarını və mallarını məndən qorumuş olarlar, haqq-hesab çəkmək isə Allaha aiddir"
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം ไทย Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Shqip Wolof Українська ქართული Moore Magyar Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah ona müşriklərlə, Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın Elçisi olduğuna şəhadət verənə və bu şəhadətin gərəyinə uyğun əməl edərək gecə və gündüz beş vaxt namazı qılana və zəkatı layiq olanlara verənə qədər döyüşməyi əmr etmişdir. Əgər bu şeyləri edərlərsə, İslam onların qanlarını və mallarını qoruyar. İslam hökmlərinə əsasən öldürülməyə layiq olduqları bir günah və ya cinayət işləmədikcə onları öldürmək icazəli deyil. Qiyamət günü isə uca Allah onların sirli hallarını bildiyi üçün onları hesaba çəkəcək.فوائد الحديث
Hökmlər yalnız zahirə görə tətbiq olunar və xəlvəti isə Allaha aiddir.
Tövhidə dəvət etməyin əhəmiyyəti və dəvətdə ilk başlanılan məsələ də odur.
Bu hədis, müşriklərin İslam dinini qəbul etməyə məcbur edildiyi mənasına gəlmir, əksinə onların İslamı qəbul etmək və ya cizyə- (kiçik miqdar vergi) vermək seçimləri vardır. Əgər bu seçimlərdən birini qəbul etməyib və İslam dəvətinə də mane olarlarsa, bu zaman İslamın hökmlərinə əsasən onlarla vuruşulur.
التصنيفات
İslam