Minik üzərində olan piyada gəzənə, piyada gəzən oturan kəsə, az olanlar isə çoxluğa salam verir

Minik üzərində olan piyada gəzənə, piyada gəzən oturan kəsə, az olanlar isə çoxluğa salam verir

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «Minik üzərində olan piyada gəzənə, piyada gəzən oturan kəsə, az olanlar isə çoxluğa salam verir.»

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar arasında salamlaşmanın ədəbini bu şəkildə bildirmişdir: ''Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh'' (Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun) Yaşı az olan böyüyə, minikdə olan piyadaya, piyada oturana və sayca az olanlar çoxluğa salam verir.

فوائد الحديث

Hədisdə bildirildiyi şəkildə salam vermək bəyənilən forma sayılır. Əgər piyada minikdə olana salam verərsə və ya qeyd edilən salam vermək formalarının əksi olarsa, bu da icazəlidir. Lakin bu, daha xeyirli və daha fəzilətli olana müxalifdir.

Salamın hədisdə qeyd edildiyi şəkildə yayılması, sevgi və ünsiyyətin səbəblərindən biridir.

Əgər deyilən şeylərdə bərabərdirlərsə, o zaman onların ən xeyirlisi salama birinci başlayandır.

Bu dinin kamilliyi -insanların ehtiyac duyduqları hər şeyi açıqlamasındadır.

Salam vermək ədəbini öyrətmək və hər kəsə öz haqqını vermək.

التصنيفات

Salam və icazə istəmə ədəbləri