إعدادات العرض
Həqiqətən, Allah hər bir şeydə və əməldə gözəl davranmağı əmr edib,
Həqiqətən, Allah hər bir şeydə və əməldə gözəl davranmağı əmr edib,
Şəddad bin Əvs (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) iki şey əzbərlədim: O buyurdu: "Həqiqətən, Allah hər bir şeydə və əməldə gözəl davranmağı əmr edib, əgər (haqlı olaraq kimisə) öldürəcəksinizsə onu gözəl qaydada öldürün, heyvan kəsəcəksinizsə, onu gözəl üslubla kəsin. Sizdən biriniz bıçağını itiləsin, heyvanı kəsdikdə ona əziyyət verməsin."
الترجمة
ar bn bs en es fa fr id tr ur zh hi tl ug ku ha pt ml te sw ta my ru de ja ps vi as sq si prs sv cs ff gu hu kn ky lt nl or ro rw sr tg uz yo mos ne om wo so bg uk bm ka mk el km ak am mgالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın bütün işlərdə ihsanı bizə vacib buyurduğunu xəbər verir. İhsan- insanın ibadətdə, xeyir əməl etməkdə, məxluqata əziyyət verməməkdə daima Allahın nəzarəti altında olduğunu bilməsidir. Qətldə və heyvanın kəsilməsində də ihsan məhz bu qəbildəndir. Qisas hökmünün həyata keçirilməsində ihsan: məhkum üçün ən asan, ən yüngül və ən sürətli qətl vasitəsini seçməkdir. Heyvanı kəsərkən ihsan: kəsici aləti heyvandan aralı məsafədə itiləmək, həmçinin onu digər heyvanların gözü önündə kəsməməklə şəfqət göstərməkdir.فوائد الحديث
İzzət və Cəlal sahibi Allahın qullarına lütfü və rəhməti.
Qətl və heyvan kəsimində ihsan, şəriətə uyğun olmasıdır.
Şəriətin kamiliyyi və bütün xeyirləri əhatə etməsi. Heyvana rəhmət və şəfqət də buna misaldır.
Bir insanın öldürüldükdən sonra orqanlarını kəsməyin qadağan edilməsi.
Heyvana əziyyət verən hər bir şeyin haramlığı.