إعدادات العرض
Sizin hər biriniz başçısınız və hamınız öz əlinizin altında olanlara cavabdehsiniz
Sizin hər biriniz başçısınız və hamınız öz əlinizin altında olanlara cavabdehsiniz
Abdullah ibn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: "Sizin hər biriniz başçısınız və hamınız öz əlinizin altında olanlara cavabdehsiniz. İnsanların üzərində olan əmir başçıdır və onlardan sorumludur, kişi isə ailəsi üzərində başçıdır və onlara cavabdehdir. Qadın ərinin evi və uşaqları üzərində başçıdır və onlara cavabdehdir və nökər ağasının malında başçıdır və o, buna cavabdehdir. Həqiqətən, sizin hər biriniz başçısınız və hər biriniz əlinizin altında olanlara cavabdehsiniz."
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල Русский Svenska ગુજરાતી አማርኛ Yorùbá Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు ไทย മലയാളം Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof Українська ქართული Magyar Moore Shqip Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, cəmiyyətdəki hər bir müsəlmanın diqqət etməli və daşımalı olduğu bir məsuliyyəti vardır. İmam və əmir Allahın ona əmanət etdiyi şeylərin mühafizəçisidir. Onların qanunlarını qorumalı, onları zülm edənlərdən qorumalı, onların düşmənləri ilə vuruşmalı və onların haqqlarını zay etməməlidir. Kişi öz ailəsinin maddi ehtiyacını təmin etmək, onlarla gözəl rəftar etmək, onları maarifləndirmək və tərbiyə etmək vəzifəsini daşıyır. Qadın ərinin evində ev işlərini gözəl şəkildə idarə etmək və övladların tərbiyəsi ilə məşğuldur və buna görə də cavabdehdir. Sahib olunan xidmətçi və muzdlu, əlində olan ağasının malını qoruyub saxlamaqla, ona xidmət etməklə məsuldur və o, buna görə cavabdehdir. Hər bir kəs özünə tapşırılan şeyin başçısıdır və hər kəs öz rəiyyətinə cavabdehdir.فوائد الحديث
Müsəlman cəmiyyətində məsuliyyət ümumidir və hər kəs öz halına, gücünə və məsuliyyətinə görə cavabdehdir.
Qadının məsuliyyəti böyükdür. Bu ərinin evinin haqqını və övladlarına qarşı borcunu yerinə yetirməkdir.