Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir

Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir

Osmandan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir."

[Səhih] [Əl-Buxari rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur ki, müsəlmanların ən xeyirlisi və Allah qatında ən yüksək dərəcəyə malik olanı Quranı tilavətlə oxumaqla, əzbərləməklə, onun təfsirini və elmini öyrənər və bilik əldə edər. Onun əhkamlarına əməl edər və bildiyi Quran elmlərini başqalarına öyrədər.

فوائد الحديث

Quranın şərəfli olmasının və kəlamlarının ən xeyirli olmasının açıqlaması. Çünki bu, Allahın kəlamıdır.

Öyrənənlərin ən xeyirlisi özünün öyrənməsi ilə kifayətlənməz, əksinə öyrəndiklərini başqalarına öyrədər.

Quranı öyrənmək və öyrətmək- tilavəti, mənaları və əhkamları da ehtiva edir.

التصنيفات

Qurana qayğı göstərməyin fəziləti